Bakı-Şamaxı-Yevlax yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Bakı-Şamaxı-Yevlax yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib
# 24 avqust 2012 20:04 (UTC +04:00)
Ağsu. Elvin Yaqubov-APA. Ağsu rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı Elşad Əmirov APA-ya bildirib ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 158-ci kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Əliyev Tahir Təhmuraz oğlunun idarə etdiyi 90-XK-885 dövlət nömrə nişanlı “Toyota” markalı minik maşını qarşı tərəfdən gələn Ağsu sakini 1973-cü il təvəllüdlü Nuriyev Cavid Rufulla oğluna məxsus 10-TL-681 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan Cavid Nuriyev Ağsu Mərkəzi rayon Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR