Ağcabədidə maşın aşıb, bir nəfər ölüb, bir nəfər yaralanıb

Ağcabədidə maşın aşıb, bir nəfər ölüb, bir nəfər yaralanıb
# 25 oktyabr 2012 09:59 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də saat 21.00 radələrində Ağcabədi rayonunun Sülü kəndi ərazisində Zərdab rayon sakini Əmiraslan Bayramov idarə etdiyi "VAZ-21099" markalı avtomaşını aşırıb. Nəticədə M. Əliyevin sərnişini - Zərdab rayon sakini Məhəmmədəli Kişmişov hadisə yerində ölüb, özü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR