Mart ayında Azərbaycanda 70 minə yaxın avtomobil icbari sığortaya cəlb olunub

Mart ayında Azərbaycanda 70 minə yaxın avtomobil icbari sığortaya cəlb olunub
# 01 aprel 2015 10:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin mart ayında 69 020 sayda avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan "APA-Economics"ə verilən xəbərə görə, bunların 16 103-ü xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,3 mln. manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 13%, sığorta haqlarının məbləğində isə 20,3% artım müşahidə edilib.

Ümumilikdə, 2015-ci ilin 1-ci rübü ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 198 855 sayda sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 15,4 mln. manat təşkil edib.

Qeyd edək ki, keçən ilin 1-ci rübü ilə müqayisədə sığorta müqavilələrinin sayında 24,2%, sığorta haqlarının məbləğində isə 29,6% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR