Millət vəkili Azərbaycan Mərkəzi Bankının səlahiyyətlərinin artırılmasını təklif edib

Millət vəkili Azərbaycan Mərkəzi Bankının səlahiyyətlərinin artırılmasını təklif edib
# 19 noyabr 2014 09:23 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı bildirib.

F. Ağamalının sözlərinə görə, ölkədə 5 milyona yaxın insan kredit götürüb.

“Kommersiya banklarının verdiyi kreditlərin faiz dərəcələri çox yüksəkdir. Faizlərin aşağı salınmasına ehtiyac duyulur. Bəlkə, faizlərin aşağı salınması üçün Mərkəzi Banka əlavə səlahiyyətlər verək və bu yolla insanları kommersiya bankının nəhəng mədəsindən xilas edə bilək”, - deyə millət vəkili vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR