Bank Of Baku

ABŞ Konqresi prezident Corc Buş haqqında impiçment başlanmasını tələb edən qanun layihəsini dəstəkləyib

ABŞ Konqresi prezident Corc Buş haqqında impiçment başlanmasını tələb edən qanun layihəsini dəstəkləyib
# 16 iyul 2008 07:59 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Buşa qarşı impiçment prosedurasının başlanmasını tələb edən qanun layihəsini müzakirə etməyə razılıq verib. APA-nın məlumatına görə, sənədin Nümayəndələr Palatasının hüquq komitəsində müzakirəsinin lehinə 238, əleyhinə 180 konqresmen səs verib. Qeyd edək ki, qanun layihəsinin müəllifi ABŞ prezidentliyinə sabiq namizəd Denis Quseniçdir. O, ölkə başçısını İraq qarşı müharibəyə başlamaq məqsədilə Konqresə yalan danışmaqda ittiham edir: “ABŞ prezidenti Corc Buş bu kimi addımlar atmaqla qanunları pozub və haqqında impiçment prosedurası başlanması, vəzifədən azad olunmağa layiqdir”. Bu, Denis Quseniçin prezident Buş barədə impiçment prosedurasının başlanmasına dair ikinci cəhddir. İmpiçmentlə bağlı ilk qanun layihəsi də Konqresin aşağı palatasının hüquq komitəsinə göndərilsə də, bu günə kimi müzakirə olunmamış qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR