Bank Of Baku

Baş katib: Bakıda keçirilən toplantı Türk dünyasının tarixində yeni mərhələnin başlandığını göstərir

Türk dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev

© APA | Türk dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev

# 29 iyun 2026 11:40 (UTC +04:00)

Bu toplantı Türk dünyasının tarixində yeni mərhələnin başlandığını göstərir.

APA xəbər verir ki, bunu Türk dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndə çıxışı zamanı bildirib.

“Bu gün türk dövlətləri və xalqları arasında əlaqələrin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlığın inkişafı və ortaq dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılır. Bu birliyin əsasını ilk növbədə türk dövlətlərinin siyasi iradəsi, xalqlarımızın qarşılıqlı hörməti və ortaq mədəni irsimiz təşkil edir. Yüz il əvvəl Türkoloji Qurultayda səsləndirilən ideyalar bu gün də öz aktuallığını qoruyur. Biz həmin ideyalardan ilham alaraq Türk dünyasının elmi, mədəni və humanitar əlaqələrini daha da inkişaf etdirməliyik. Əminəm ki, bu görüşlər Türk dövlətləri və xalqları arasında dostluğun, əməkdaşlığın və birliyin daha da möhkəmlənməsinə xidmət edəcək”,- o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR