Bank Of Baku

Paraqvayın yeni prezidenti dövlət başçısı maaşından rəsmən imtina edib

Paraqvayın yeni prezidenti dövlət başçısı maaşından rəsmən imtina edib
# 15 avqust 2008 11:23 (UTC +04:00)
Asunsion - APA. Paraqvayın yeni seçilmiş prezidenti Fernando Luqo maaş almaqdan rəsmən imtina edib. APA-nın məlumatına görə, siyasətlə məşğul olmaq üçün yepiskop rütbəsindən imtina edən sabiq ruhani Fernando Luqo inauqurasiya mərasimindən öncə bildirib ki, dövlət başçısı vəzifəsini təmənnasız yerinə yetirmək niyyətindədir. O, həmçinin prezident rezidensiyasında deyil, öz şəxsi evində çalışacağını bildirib. Paraqvay mətbuatı son dərəcə sadə bir insan olan Fernando Luqonun qalstuk taxmadığını və sadə çəkmələrdə gəzdiyini bildirir. Qeyd edək ki, solçu baxışları ilə tanınan Luqo aprel ayında keçirilən prezident seçkilərində vətəndaşların 39,2 faizinin səsini toplayaraq qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR