Avropa İttifaqı tam üzvlükdən əvvəl Moldovanın bloka inteqrasiyasını daha da dərinləşdirəcək.
APA xəbər verir ki, bununla bağlı Brüsseldə keçirilən Aİ-Moldova sammitində müştərək bəyannamə qəbul edilib.
Bəyannamədə bildirilib ki, “Moldovanın Aİ-yə inteqrasiyası onun təşkilata üzvlüyü istiqamətində dözümlülüyünü və iqtisadi inkişafını artıracaq”.
O da qeyd olunub ki, Moldova indiyə qədər Aİ-dən 504 milyon avro dəstək alıb. 2026-cı ilə hesablanmış digər islahat hədəflərinə çatacağı təqdirdə, Moldova Aİ-dən daha 528 milyon avro maliyyə dəstəyi alacaq.
Qeyd edək ki, Moldova 2022-ci ildə Aİ üzvlüyünə namizəd statusu alıb.