Bank Of Baku

“Fey” qasırğası Floridada iki nəfərin ölümünə səbəb olub

“Fey” qasırğası Floridada iki nəfərin ölümünə səbəb olub
# 22 avqust 2008 09:52 (UTC +04:00)
Florida-APA. “Fey” qasırğasının Floridada əmələ gətirdiyi daşqınlar iki nəfərin ölümünə səbəb olub. APA-nın məlumatına görə, yerli hakimiyyət orqanları yaşlı qadın və kişinin qasırağını qurbanı olduğunu açıqlayıblar. Ümumilikdə, “Fey” qasırğası Karib hövzəsi ölkələrində 23 nəfərin ölümünə səbəb olub. Hazırda Floridanın sahilyanı bölgələrində daşqınlar davam edir. Bəzi yerlərdə suyun səviyyəsi 1,5 metr qalxıb. Sinoptiklər “Fey” qasırğasının sabah Corciya ştatında da daşqınlara səbəb olacağını proqnozlaşdırırlar. ABŞ prezidenti Corc Buş Floridanı təbii fəlakət zonası elan edib. Sərəncama əsasən, ştatda qasırğanın nəticələrinin aradan qaldırılması üçün federal büdcədən vəsait ayrılacaq. Hələlik, “Fey” qasırğasının ştata vurduğu zərərin miqdarı hesablanmayıb. Qasırğa ştatın tək bir dairəsinə 12 milyon dollar zərər vurub, çimərliklərə dəyən zərərin ümumi miqdarı isə 2,6 milyon dollardır. Hazırda Floridada 100 mindən artıq insan işıqsız qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR