2026-cı il dünya çempionatında E qrupunun II turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Almaniya millisi Fil Dişi Sahili ilə qarşılaşıb.
Toronto Stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Matçda hesabı 30-cu dəqiqədə Fil Dişi Sahili açılıb. Frank Kessie fərqlənib.
İlk hissə Afrika təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə bitib.
Bundestim axtardığı qolu 68-ci dəqiqədə vurub. Deniz Undav almanların bərabərlik qoluna imza atıb. Undav matçın 90+4-cü dəqiqəsində komandasının qələbə qolunu da vurub.
Oyun Almaniyanın qələbəsiylə başa çatıb: 2:1.
İlk turu qələbə ilə başa vuran Almaniya xallarının sayını 6-ya çatdırıb. Fil Dişi Sahili isə 3 xalda qalıb.
DÇ-2026
E qrupu, II tur
21 iyun
00:00. Almaniya - Fil Dişi Sahili 2:1
Qol: F. Kessie, 30, D. Undav, 68, 90+4
Almaniya:
Noÿer, Kimmix, Tah, Şlotterbek, Braun, Pavloviç, Nmeça, Leroy Sane, Musiala, Virts, Haverts
Fil Dişi Sahili:
Fofana, Sinqo, Aqbadu, Kossounou, Konan, Kessie, Sanqare, Oulai, Bonni, Diomande, Diallo