Bank Of Baku

Bill Klinton: “Barak Obama məhz bizim axtardığımız namizəddir”

Bill Klinton: “Barak Obama məhz bizim axtardığımız namizəddir”
# 28 avqust 2008 07:17 (UTC +04:00)
Denver-APA. “Demokratların prezidentliyə namizədi Barak Obama Birləşmiş Ştatlara rəhbərlik etməyə tam hazırdır. Bu, məhz bizim axtardığımız namizəddir”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ Demokrat Partiyasının qurultayında çıxışı zamanı sabiq prezident Bill Klinton söyləyib. O, Barak Obamanın namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib: “Barak Obamanı ilk olaraq mən dəstəkləyirəm. Hillari kimi mən də istəyirəm ki, Obamanın namizədliyini dəstəkləyənlərin hamısı noyabrda ona dəstək versin. 1992-ci ildə keçirilən seçkiqabağı kampaniyada respublikaçılar məni də ciddi-cəhdlə gənc və təcrübəsiz siyasətçi kimi qələmə verməyə çalışırdılar. Nəticələr isə məlumdur”. Sabiq prezident öz xanımı Hillari Klintonun praymerizdə uduzmasına da münasibət bildirib: “Demokratların prezidentliyə namizədi olmaq üçün iki görkəmli amerikalı mübarizə aparırdı. Bu mübarizə o qədər gərgin idi ki, hətta qlobal istiləşməni belə sürətləndirib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR