Bank Of Baku

Birinci Dünya müharibəsinin sonuncu qadın veteranı vəfat edib

Birinci Dünya müharibəsinin sonuncu qadın veteranı vəfat edib
# 30 avqust 2008 08:07 (UTC +04:00)
Bakı – APA. Kanadada Birinci Dünya müharibəsinin 109 yaşlı sonuncu qadın veteranı vəfat edib. APA-nın «France Presse» agentliyinə istinadən verdiyi məlumata görə, Qledis Pauers (Gladys Powers) adlı bu qadın Britaniya Kolumbiyası vilayətində yaşayıb.
Əslən britaniyalı olan Q.Pauers 15 yaşında qadınlardan ibarət yardımçı korpusa yazılaraq müharibəyə yollanıb. Müharibənin sonunda isə kanadalı əsgərlə ailə quraraq Kanadaya emiqrasiya edib. Lakin Q.Pauersin həqiqətən də müharibədə iştirak edib-etmədiyini rəsmən təsdiqləmək mümkün olmayıb. Çünki Birinci Dünya müharibəsində iştirak etmiş qadınların siyahısı ilə bağlı arxiv sənədləri hələ 1940-cı ildə məhv edilib.
Hazırda dünyada 1914-1918-ci illərdə aparılan müharibənin yalnız üç veteranı yaşayır. Bu, Böyük Britaniyanın 110 yaşlı sakinləri Henri Ollingem (Henry Allingham), Harri Petç (Harry Patch) və 107 yaşlı Uilyam Stoundur (William Stone).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR