Bank Of Baku

Maykl Ceksona qarşı milyard dollarlıq iddia qaldırılıb

Maykl Ceksona qarşı milyard dollarlıq iddia qaldırılıb
# 20 dekabr 2008 11:35 (UTC +04:00)
Bakı – APA. Billi Cin Cekson adlı qadın pop-ulduz Maykl Ceksona qarşı milyard dollar həcmində iddia qaldırıb. APA-nın “Сontactmusic”-ə istinadən verdiyi məlumata görə, M. Ceksonun “Thriller” albomunda yer alan "Billie Jean" (“Billi Cin”) mahnısı ulduzun karyerasında ən tanınmış hitlərdən biridir.

Billi Cin Cekson iddia edir ki, M. Ceksonun 2002-ci ildə surroqat anadan doğulmuş oğlu Şahzadə Mayklın anasıdır. O vaxt pop-ulduz uşağın anasının kimliyini açıqlamaqdan imtina etmişdi.

İndi Billi Cin Cekson uşağın anası kimi qəbul olunmasını istəyir. Bundan başqa, o, Ceksondan oğlu ilə həftədə 3 dəfə görüşməsinə imkan yaradılmasını tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR