Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin (CERT) vəzifələri və hüquqları müəyyən edilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni fəsildə əksini tapıb.