Bank Of Baku

Amerikalı həkimlər qopmuş başı yenidən onurğa sütununa birləşdiriblər

Amerikalı həkimlər qopmuş başı yenidən onurğa sütununa birləşdiriblər
# 23 dekabr 2008 16:42 (UTC +04:00)
Texas-APA. Texas ştatında unikal cərrahiyyə əməliyyatı həyata keçirilib. APA-nın məlumatına görə, amerikalı həkimlər qəza zamanı ağır yaralanmış 9 yaşlı uşağın başını onurğa sütununa təzədən tikiblər. Oğlanın başı onurğadan tam qopsa da, baş beyinin zədələnməməsi ortopedik dekapitasiya əməliyyatı keçirməyə imkan verib. Riçard Robertsin rəhbərlik etdiyi neyrocərrahlar briqadası başı onurğa sütununa titandan hazırlanmış lövhələrlə birləşdirməyə müvəffəq olublar. Əməliyyatdan öncə həkimlər uşağın yaşama şansının 1-2 faiz olduğunu bildiriblər. Əməliyyatdan sonra orqanları iflic vəziyyətinə düşən uşaq əvvəlcə danışa bilməsə də, sonrada onun əsəb sistemi normal işləməyə başlayıb. ABŞ mətbuatı artıq başın onurğa sütununa tam bitişdiyini, bu səbəbdən başın birləşdirildiyi ortopedik konstruksiyanın artıq söküldüyünü yazır. Doqquz yaşlı Cordan sərbəst gəzə bilsə də, ortopedik yaxalığı tam sağalana kimi çiyinləri üzərində gəzdirməli olacaq. Həkimlər qış tətili başa çatdıqdan sonra oğlanın dərslərə başlaya biləcəyini söyləyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR