Bank Of Baku

Kosta-Rika lideri Latın Amerikası ölkələrini yoxsulluqla mübarizəyə çağırıb

Kosta-Rika lideri Latın Amerikası ölkələrini yoxsulluqla mübarizəyə çağırıb
# 24 fevral 2010 04:15 (UTC +04:00)
Bakı-APA. Kosta-Rika prezidenti, Nobel sülh mükafatı laureatı Oskar Arias bəzi Latın Amerikası ölkələrini irimiqyaslı hərbi xərclərə görə sərt tənqid edib.

«Biz yoxsulluqdan şikayətlənirik, lakin eyni zamanda Latın Amerikası ölkələrinin illik hərbi xərcləri 60 milyard dollar təşkil edir», deyə o Latın Amerikası və Karib hövzəsi ölkələrinin sammitində bildirib.

Arias hesab edir ki, Latın Amerikasındakı sürətlə silahlanma «kabus»larla mübarizəyə yənəldilib, bölgənin əsas problemləri isə aclıq, savadsızlıq, sosial qeyri-bərabərlikdir.

«Əgər siz özünüzü əsl demokrat sayırsınızsa, onda enerjinizi bu bəlalarla mübarizəyə yönəldin», deyə o bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR