Avropa Birliyi Ukraynaya Dəstək Krediti proqramı çərçivəsində 3,2 milyard avroluq ilk tranşı sabah, 25 iyunda verəcək.
APA xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.
"Sabah kreditin ilk 3,2 milyard avrosunu verəcəyik", - o bildirib.
Kos qeyd edib ki, ilk tranş Aİ-nin Ukrayna üçün 90 milyard avroluq kredit paketinin bir hissəsi olacaq.
Diplomatın sözlərinə görə, vəsait müharibə zamanı Ukraynaya dəstək olmaq və ölkənin yenidən qurulması üçün istifadə olunacaq.