Bank Of Baku

Meksikada kütlə 3 polis əməkdaşını linç etmək istəyib, baş verən toqquşmalarda 62 polis yaralanıb

Meksikada kütlə 3 polis əməkdaşını linç etmək istəyib, baş verən toqquşmalarda 62 polis yaralanıb
# 24 fevral 2010 16:18 (UTC +04:00)
Mexiko-APA. Meksika paytaxtında mülki geyimli polislərin iki gənci sanksiya olmadan həbs etmək niyyəti ciddi qarşıdurmaya səbəb olub. APA-nın məlumatına görə, mülki geyimlilərin özbaşınalığına etiraz edən insanlar onları diri-diri yandırmaq istəyiblər. Polisləri linçdən qurtarmaq üçün əraziyə əlavə qüvvələr yeridilib. Polisləri kütlənin əlindən almaq üçün danışıqlar nəticəsiz qalıb, proses sonda kütləvi toqquşma ilə nəticələnib. Bir neçə saat davam edən toqquşmalarda 62 polis əməkdaşı xəsarət alıb, onlardan 24 nəfəri xəstəxanalara yerləşdirilib. Xatırladaq ki, polislərin mülki geyimdə əhali arasında dolaşması əvvəllər də bu cür insidentlərə səbəb olub. Ötən ilin noyabrında Meksikanın cənubunda əhali quldur hesab etdiyi iki federal agenti diri-diri meydanda yandırıb. O zaman zabitlərin ölümü ilə əlaqədar 29 nəfər həbs olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR