Bank Of Baku

Haitidə baş vermiş zəlzələ qurbanlarının sayı 222,5 min nəfərdən çoxdur

Haitidə baş vermiş zəlzələ qurbanlarının sayı 222,5 min nəfərdən çoxdur
# 24 fevral 2010 18:28 (UTC +04:00)
Bakı-APA. BMT-nin məlumatlarına görə, Haitidə bir ay əvvəl baş vermiş zəlzələ nəticəsində həlak olmuş insanların sayı 22,5 min nəfərdən çoxdur.

APA-nın RA Novosti-yə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Rene Preval təbii fəlakət qurbanlarının sayının 300 min nəfərə çata biləcəyini bildirib.

Argentinanın Telam agentliyi isə zəlzələ zamanı Haitidə 222 min 517 nəfərin həlak olduğu barədə dəqiqləşdirilmiş məlumat verib.

Xatırladaq ki, yanvarın 12-də Haitidə 7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölkənin paytaxtı Port-o-Prens şəhəri tamamilə dağılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR