Bank Of Baku

Klinton: İran beynəlxalq ictimaiyyətə sanksiyalar məsələsində çox az seçim qoyub

Klinton: İran beynəlxalq ictimaiyyətə sanksiyalar məsələsində çox az seçim qoyub
# 25 fevral 2010 02:20 (UTC +04:00)
Bakı-APA. İranın nüvə fəaliyyətləri beynəlxalq ictimaiyyətə yeni sanksiyalar tətbiq etmək məsələsində çox az seçim qoyub. APA-nın «Amerikanın səsi»radiostansiyasına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton deyib

Bu gün ABŞ Konqresinin Maliyyə komitəsində danışan Klinton deyib ki, BMT Təhlükəsizlik Şurasında İranın İnqilabi Qvardiya korpusuna qarşı sanksiyalarla bağlı intensiv danışıqlar aparılır.

Birləşmiş Ştatlar hərbi qüvvələrin İranın nüvə silahı istehsal etmək səylərinə dəstək verdiyini deyərək, bu ayın əvvəli birtərəfli qaydada İnqilabi qvardiyaya qarşı sanksiyalar tətbiq edib.

Dövlət katibi həmçinin beynəlxalq ictimaiyyət İranın davranışını dəyişməsi üçün əlavə sanksiyalara ehtiyac olduğunu qəbul etdiyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR