Bank Of Baku

Klinton: ABŞ İran probleminin sülh yolu ilə həllinə sadiqdir

Klinton: ABŞ İran probleminin sülh yolu ilə həllinə sadiqdir
# 27 fevral 2010 01:37 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ştatlar İran probleminin sülh yolu ilə həllinə sadiqdir. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Hillari Klinton İsrailin müdafiə naziri Ehud Barakla dövlət departamentində görüşü zamanı bildirib.

Qərb dövlətləri İranı nüvə silahının işlənib hazırlanmasında günahlandırırlar. Rəsmi Tehran isə bu ittihamları təkzib edərək nüvə proqramının sülhməramlı olmasını iddia edir.

«Biz İran ətrafında yaranmış vəziyyətin diplomatik, sülh yolu ilə həllinə sadiqik. Lakin MAQATE-nin son hesabatları göstərir ki, İran beynəlxalq öhdəlikləri yerinə yetirmir və buna görə də, biz beynəlxalq tərəfdaşlarımızla birlikdə bu ölkəyə təzyiq edərək, onu tutduğu yoldan çəkindirmək üzərində işləyirik», - deyə Klinton bildirib.

Öz növbəsində barak bildirib ki, İsrail ABŞ-ın İranın nüvə proqrammı ilə bağlı narahatlığına şərikdir və Tehrana qarşı əlavə sanksiyaların tətbiq edilməsi fikrini dəstəkləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR