Bank Of Baku

Çilidə baş verən zəlzələ nəticəsində hələlik 17 nəfərin öldüyü açıqlanıb

Çilidə baş verən zəlzələ nəticəsində hələlik 17 nəfərin öldüyü açıqlanıb
# 27 fevral 2010 11:34 (UTC +04:00)
Bakı – APA. Fevralın 27-də yerli vaxtla saat 03.34-də Çili sahillərində - Konsepsion şəhərindən 115 km şimalda baş vermiş zəlzələ nəticəsində azı 17 nəfərin öldüyü açıqlanıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, əvvəlcə seysmoloqlar yeraltı təkanların 8,3 bal, sonra 8,5 bal gücündə olduğunu deyiblər. Son olaraq ABŞ Geoloji Xidməti zəlzələnin gücünün 8,8 bal təşkil etdiyini bildirib.

Təkanlar 10 saniyədən 30 saniyəyə qədər davam edib və paytaxt Santyaqoda da hiss olunub. Santyaqonun bəzi rayonlarına elektrik enerjisinin nəqli dayanıb. Əhali panika halında evlərindən çıxaraq küçəyə qaçıb. Bəzi insanların ağladığı müşahidə edilib.

Sunami təhlükəsi barədə Sakit okean xəbərdarlıq mərkəzi (Pacific Tsunami Warning Center) zəlzələnin sunamiyə səbəb olduğu barədə xəbərdarlıqla çıxış edib. Mütəxəssislər dalğaların hündürlüyünün 3 metrə çatdığını söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR