Bank Of Baku

Çilidə ölənlərin sayı artır, fövqəladə vəziyyət elan edilib, sunami gözlənilir

Çilidə ölənlərin sayı artır, fövqəladə vəziyyət elan edilib, sunami gözlənilir
# 27 fevral 2010 13:42 (UTC +04:00)
Bakı – APA. Çilidə baş vermiş 8,8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artır. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, artıq ölənlərin sayı 76 nəfəri keçib. Ölkə prezidenti Mişel Baçelet Milli Xilasetmə Xidmətinin qərargahını ziyarət edib və fövqəladə vəziyyət elan edib. O, ölənlər və yaralananların sayını dəqiq müəyyənləşdirməyin mümkün olmadığını, rəqəmlərin çox tez müddətdə dəyişdiyini söyləyib.

Zəlzələnin episentri paytaxtın 320 kilometrliyinə təsadüf etsə də, Santyaqonun tarixi mərkəzində bəzi binalar zədələnib. “Associated Press” paytaxtda təkanların 1,5 dəqiqə hiss edildiyini xəbər verib. İlk təkandan sonra 6,9 bal gücündə ikinci və 6 bal gücündə üçüncü təkan baş verib. Şəhərin hava limanı bağlanıb, bütün reyslər ləğv edilib. Santyaqo yaxınlığında körpünün uçduğu xəbəri yayılıb, paytaxtın bəzi rayonlarına elektrik enerjisinin nəqli dayanıb.
Bütün Sakit okean hövzəsi ölkələrində sunami təhlükəsi elan edilib. Çili prezidenti M. Baçelet 3 metr hündürlüyündəki dalğaların Xuan Fernandes arxipelaqına daxil olan Robinzon Kruzo adasını basdığını açıqlayıb: “Ada qəsəbəsinin yarısı suyun altına qalıb, insanlar yüksəkliyə doğru təxliyyə edilib”. Dövlət televiziyası bunun sunami olmadığını, sadəcə, suyun səviyyəsinin yüksəldiyini bildirib. Çili Hərbi Dəniz Qüvvələrindən də sunami baş vermədiyini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR