Bank Of Baku

Çilidə zəlzələ zamanı həbsxanadan 209 məhbus qaçıb

Çilidə zəlzələ zamanı həbsxanadan 209 məhbus qaçıb
# 28 fevral 2010 03:55 (UTC +04:00)
Bakı – APA. Çilidə baş vermiş zəlzələdən sonra Çilyan şəhəri həbsxanasından 209 məhbus qaçıb.

APA-nın “Exo Moskva”ya istinadən verdiyi məlumata görə, yerli polis həbsxanadan qaçan məhbuslardan 269 məhbusdan 60-nı dərhal yaxalasa da 209 nəfər qaçmağa müvəffəq olub.

Xatırladaq ki, Cənubi Amerikada yerləşən Çilidə baş vermiş 8,8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 300 nəfərə çatır. Hazırda ölkənin sahil boyu ərazilərində isə sunami fəlakəti yaşanmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR