Bank Of Baku

Çilidə zəlzələ nəticəsində ölənlərin sayı 700 nəfərə çatıb

Çilidə zəlzələ nəticəsində ölənlərin sayı 700 nəfərə çatıb
# 01 mart 2010 07:10 (UTC +04:00)
Bakı-APA. Çilidə zəlzələ qurbanlarının sayı 700 nəfərə çatıb. APA-nın məlumatına görə, bu rəqəmi Çili prezidenti Mişel Baçelet açıqlayıb. Bundan əvvəl rəsmi orqanlar zəlzələ nəticəsində 350 nəfərin öldüyünü açıqlamışdılar. Zəlzələ fevralın 27-də Bakı vaxtı ilə 10.34 radələrində Konsepsiondan 90 kilometr uzaqda baş verib. 8,8 bal gücündə zəlzələ güclü sunamiyə səbəb olub. Yeraltı təkanlarla əlaqədar Yaponiya, Filippin, Latın Amerikası ölkələri, İndoneziya, Kuril adaları və Kamçatkada sunami təhlükəsi elan olunub. Zəlzələ nəticəsində ölkənin bir çox ərazilərinin elektrik enerjisi, yanacaq, su və ərzaqla təminatında problemlər yaranıb. Paytaxt Santyaqoda da çoxsaylı dağıntılar baş verib, beynəlxalq aeroport isə bağlanıb. Prezident Baçelet ümumilikdə zəlzələdən 2 milyon insanın zərər çəkdiyini bildirib. Təbii fəlakət nəticəsində ölkəyə 30 milyard dollara yaxın ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR