Bank Of Baku

Çilidə qadağan saatı uzadılıb

Çilidə qadağan saatı uzadılıb
# 02 mart 2010 20:37 (UTC +04:00)
Bakı-APA. Çilinin ikinci ən böyük şəhərinin rəsmiləri şənbə günü baş vermiş zəlzələnin ardınca qarət hallarının qarşsını almaq üçün qadağan saatını uzadıblar. APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, zəlzələyə məruz qalmış Konsepsion şəhərində qanunsuzluq rəsmiləri bazar ertəsindən çərşənbə axşamınadək qadağan saatı tətbiq etməyə məcbur etmişdi. Lakin sakinlərinin əksəriyyətinin su və ərzağa ehtiyacı olduğu şəhərdə qarətlər hələ də davam edirdi. Bir neçə mağaza və bizneslər qarət olunaraq yandırlıb.

Konsepsion 8.8 bal gücündə zəlzələnin episentrinə yaxındır. Zəlzələ nəticəsində indiyədək ən azı 720 adam həlak olub və ölkənin böyük hissəsi dağıntılara məruz qalıb.

Bu arada özü ilə yardım gətirən ABŞ dövlət katibi Hillari Klinton Santyaqodadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR