Bank Of Baku

ABŞ yəhudi təşkilatı JİNSA «erməni soyqırımı» qanun layihəsinə qarşı çıxıb

ABŞ yəhudi təşkilatı JİNSA «erməni soyqırımı» qanun layihəsinə qarşı çıxıb
# 03 mart 2010 03:40 (UTC +04:00)
Bakı-APA. Milli Təhlükəsizlik məsələləri üzrə Yəhudi institutu (JİNSA) martın 4-də ABŞ Nümayəndələr palatasının xarici işlər komitəsində müzakirə olunacaq «erməni soyqırımı» qanun layihəsinə qarşı çıxmağa çağırıb.

APA-nın məlumatına görə, təşkilat layihə qəbul olunarsa, ABŞ xarici siyasət idarəsinin artıq türk-erməni normallaşmasına müdaxilə edə bilməyəcəyini bəyan edib.

«ABŞ Konqresi, başqa zamanlarda başqa xalqların tarixinin müzakirə olunacağı bir yer deyil. Braziliyanın 19-cu əsrdə ABŞ-dakı köləliyi qınayan, və ya Litvanın 1812-ci il müharibəsi ilə bağlı oxşar qərar verməsi qəbuledilməz olardı. Tariximizin uğursuzluqları və müharibələrə dair qərarlar görə məsuliyyəti biz daşıyırıq. Eyni şəkildə Osmanlı türkləri ilə bağlı məsələlər də yalnız onların varislərinə aiddir. Osmanlı və Sovet imperiyaları indi yoxdurlar, Türkiyə və Ermənistan müstəqil ölkələrdir. Hökumətlərinin ortaq məxrəcə gəlmək üçün variantlar axtarmalıdırlar. Konqresin işə qarışması fayda verməyəcək», deyə qurumun adından yayılmış məqalədə bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR