Bank Of Baku

Vankuverdəki Olimpiadada iştirak edən yeddi idmançı Kanadadan siyasi sığınacaq istəyib

Vankuverdəki Olimpiadada iştirak edən yeddi idmançı Kanadadan siyasi sığınacaq istəyib
# 03 mart 2010 19:42 (UTC +04:00)
Bakı-APA. Kanadada keçirilmiş son qış Olimpiya oyunlarında iştirak etmiş yeddi nəfər bu ölkədən siyasi sığınacaq istəyib.
APA-nın newsru.com saytına istinadən verdiyi məlumata görə, sığınacaq istəyənlər arasında bir nəfər Rusiya vətəndaşı, bir Yaponiyalı və bir neçə Macarıstan vətəndaşı var.

Vankuver immiqrasiya idarəsinin nümayəndəsi Riçard Kerland «Calgary Herald» qəzetinə müsahibəsində bildirib ki, hazırda həmin şəxslərə vətəndaşlıq verilməsi məsələsi müzakirə olunur.

İmmiqrant statusu üçün müraciət etmiş şəxslər ölkədə işləyə və tibbi yardım ala bilərlər. Onların barəsində qəti qərarın qəbul olunması iki il uzana bilər, belə Ki, Kanadada bu proses bir o qədər də sadə deyil.

Qeyd edək ki, idmançıların idman yarışlarından ölkədən qaçmaq üçün istifadə etməsi halları əvvəllər də baş verib.

Belə ki, 1976-cı ildə Monrealda keçirilən Olimpiya oyunlarında 17 yaşlı sovet idmançısı Aleksandr Nemtsanov siyasi sığınacaq istəyib. Şayiələrə görə, o, varlı amerikalı qadına vurulub, həmin qadın isə idmançının qaçışını təşkil edib.

1979-cu ilin sentyabrın 22-də İsveçrəyə qastrol səfərinə getmiş Leninqrad buz üstündə balet ustaları, ikiqat Olimpiya və dördqat dünya və beşqat SSRİ çempionları bu ölkədən sığınacaq istəyiblər.

1989-cu ilin mayın 9-da 20 yaşlı sovet xokkeyçisi Aleksandr Mogilnı ABŞ-dan siyasi sığınacaq istəyib.

2007-ci ildə 2008-ci il Pekin Olimpiya oyunlarının seçmə mərhələsində Avstraliya komandası ilə oyuna yollanmış İraq futbolçuları gizli yolla mehmanxanadan çıxaraq bu ölkədən sığınacaq istəyiblər.

2009-cu ildə Eritreyanın futbol üzrə yığmasının 12 nəfər üzvü regional turnirdə iştirak etdikdən sonra Keniyadan siyasi sığınacaq istəyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR