Bank Of Baku

Yeni zəlzələ çilililəri qorxudub

Yeni zəlzələ çilililəri qorxudub
# 05 mart 2010 04:20 (UTC +04:00)
Bakı-APA. Çilinin şimalındakı dağlıq ərazidə 6,3 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Kalama şəhərindən 65 kilometr məsafədə 105 kilometr dərinlikdə olub.

APA-nın məlumatına görə Çili Fövqəladə hallar üzrə Milli komitəsini sədri Karmen Fernandes yeni zəlzələnin insanları möhkəm qorxutduğunu bildirib.

Ötən şənbə günü Çilidə Konsepsion şəhərindən 90 km şimal-şərqdə yüzlərlə insanın həlak olması ilə nəticələnmiş 8,5 bal gücündə zəlzələ baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR