Bank Of Baku

Qondarma «erməni genosidi» barədə qətnamə Konqresin müzakirəsinə çıxarılmayacaq

Qondarma «erməni genosidi» barədə qətnamə Konqresin müzakirəsinə çıxarılmayacaq
# 05 mart 2010 23:55 (UTC +04:00)
Bakı-APA. Barak Obama administrasiyası ABŞ Konqresinin liderləri ilə qondarma «erməni genosidi» barədə qətnamənin nümayəndələr Palatasının müzakirəsinə çıxarılmayacağı barədə razılığa gəlib. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bunu administrasiya rəsmisi jurnalistlərlə söhbətində deyib.

«Düşünürük Ki, bununla da məsələyə son qoyulacaq», - deyə mənbə bildirib.

Xatırladaq ki, B.Obama administrasiyasının müraciətlərinə və Türkiyənin etirazlarına baxmayaraq nümayəndələr Palatasının xarici əlaqələr komitəsi ermənilərin ciddi-cəhdlə iddia etdikləri 1915-ci il Osmanlı imperiyasında guya baş vermiş «erməni genosidinin» tanınması barədə qətnaməyə müsbət münasibət bildiriblər.

Ankara buna dərhal reaksiya verərək Vaşinqtondakı səfirini məşvərət üçün geri çağırıb.

Qeyd edək ki, Konqresdə müzakirə olunan qətnamənin məcburi qüvvəsi olmasa da, onun qəbul olunması Türkiyə ilə ABŞ arasında münasibətlərin çətinləşməsinə gətirə bilər.
Artıq bir neçə dəfə Konqresdə, o cümlədən keçmiş prezident Corc Buş administrasiyası dövründə adı çəkilən sənədi qəbul etdirməyə cəhd olunsa da, bu cəhdlər uğurla nəticələnməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR