Bank Of Baku

Bill Geyts BMT Əhali Fondunun mükafatına layiq görülüb

Bill Geyts BMT Əhali Fondunun mükafatına layiq görülüb
# 09 mart 2010 23:58 (UTC +04:00)
Bakı-APA. Dünyanın ən varlı adamlarından biri, Microsoft şirkətinin banisi, milyarder Bill Geyts və onun xanımı Melinda BMT Əhali Fondunun mükafatına layiq görülüblər. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki məlumat verib.

APA-nın məlumatına görə, bu mükafat BMT Baş Assambleyasının qərarı ilə 1981-ci ildə təsis edilib və hər ilə kişi, qadın və uşaqların sağlam həyat hüququnun təmin edilməsi və onun qorunması üçün bərabər imkanların yaradılması sahəsində töhfələrə görə təqdim edilir.

«Bill və Melinda Geytslərin mükafatı iyunun 3-də BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək xüsusi mərasimdə təqdim olunacaq», deyə Martin Nesirki bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR