Bank Of Baku

ABŞ Dövlət departamenti Müəmmər Qəzzafini ələ saldığına görə üzr istəyib

ABŞ Dövlət departamenti Müəmmər Qəzzafini ələ saldığına görə üzr istəyib
# 10 mart 2010 04:34 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət departamentinin mətbuat katibi Filipp Krouli Liviya lideri Müəmmər Qəzzafinin İsveçrəyə qarşı cihad çağırışını ələ saldığına görə üzr istəyib.

«Mən başa düşürəm ki, mənim fikrim prezident Qəzzafinin ünvanına təhqir kimi qəbul olunub. Mənim şərhim Birləşmiş Ştatların siyasətini əks etdirmir və mən heç kimi incitmək istəmirdim. Əgər sözlərim elə qəbul olunubsa, onda üzr istəyirəm», deyə Krouli bəyan edib.

APA-nın məlumatına görə, Krouli həmçinin münasibətlərin bərpa olunması üçün yaxın günlərdə dövlət katibinin müavini Ceffri Feltmanın Tripoliyə səfər edəcəyini də bildirib.

Qeyd edək ki, Filipp Krouli fevralın 26-da Liviya liderinin cihad çağırışını «mənasız çıxış» adlandırmışdı. «Qəzzafi sərt çıxışları ilə məşhurdur, lakin bu çıxışlarda nadir hallarda məna olur» deyə o bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR