Mərkəzi Kəşfiyyat İdarəsi USAİD-dan pərdələnmək üçün istifadə edir - İspaniya qəzeti
Məqalədə göstərilib ki, uzun illər USAİD-də çalışan və regional proqramlara məsul olan məmur bildirib ki, MKİ bu təşkilatın adından müqavilələr bağlayır, özü isə bu prosesdən kənarda qalır: “ Üç ay əvvəl MKİ-nin iki agenti USAİD-in çoxmilyonlu sərmayə yatırdığı Afrika ölkələrindən birində ifşa olunub. Bu əməkdaşlar ölkədən çıxarılıblar. “New York Times” qəzetinin yazdığına görə, MKİ və Pentaqonun podratçı şirkəti olan Development Alternatives, Inc. (DAI) təşkilatının əməkdaşı Kubada müxalifət qruplarına təbliğat materialları verərkən yaxalanıb.
ABŞ Dövlət Departamentinə bağlı olan USAİD-in Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri yeni xəbər deyil. 1974-cü ildə ABŞ Konqresi USAİD-in şöbələrindən birini bağlayıb. MKİ bu şöbədən Latın Amerikası, Asiya və Yaxın Şərqdə milyonlarla polisin təlimi, maliyyələşdirilməsi və silahlandırılması üçün istifadə edib. İctimai Təhlükəsizlik Bürosu (Office of Public Safety “OPS”) 1957-ci ildə prezident Eyzenhauer tərəfindən xarici ölkələrdə polis qüvvələrinin yaradılması və onlara təlim keçirilməsi məqsədilə yaradılıb. MKİ-nin məxfi materialları göstərir ki, İctimai Təhlükəsizlik Bürosunun fəaliyyəti USAİD üçün ayrılan milyonlarla vəsait hesabına maliyyələşdirilib, lakin onun həyata keçirdiyi əməliyyatlar bu casus qurumu tərəfindən koordinasiya olunub”.
Daha sonra qəzet yazır ki, Vyetnam müharibəsi zamanı USAİD Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə minlərlə vyetnamlının ölümünə səbəb olan “Feniks” əməliyyatı çərçivəsində maddi yardımın bölüşdürülməsinə cavabdehlik daşıyıb: “ Haitidə USAİD-i 2004-cü ildə prezident Jan Bertran Aristidə qarşı dövlət çevrilişi cəhdində günahlandırılan təşkilatları maliyyələşdirməkdə ittiham ediblər. 2002-ci ilin iyununda USAİD Venesuelada Keçid Dövrünə Yardıma dair Təşəbbüs Bürosu açıb, bu büro vasitəsilə prezidentə Çavesə qarşı müxalif olan qüvvələrə milyonlarla dollar yardım göstərilib. USAİD-in Venesueladakı fəaliyyətinə dair iki min səhifədən artıq məxfi materialla tanışlıq müxalifət qruplarına strateji dəstək verilməsi və onların maliyyələşdirməsi üsulları barədə aydın təsəvvür yaradır. Bu məqsədlə Venesuelada müxalifət partiyalarının mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş proqramlar həyata keçirilir, ölkədə antihökumət hərəkatının konsolidasiyası məqsədilə ssenarilər hazırlanır.
Bu il Boliviyanın Çapare və El Alto vilayətlərinin sakinləri USAİD əməkdaşlarını onların daxili işlərinə qarışmaqda ittiham edərək təşkilatın yerli nümayəndəliyinin fəaliyyətini dayandırmağa nail olublar. Sentyabrda isə prezident Evo Morales USAİD-in ölkəni parçalamağa çalışan separatçı qruplara milyonlarla dollar pul verməsini əsas gətirərək bu qurumla imzalanmış rəsmi müqavilənin ləğv olunduğunu bəyan edib”.
Məqalədə daha sonra USAİD-in fəaliyyətinə görə, bir çox ölkələrdən çıxarılması ilə bağlı faktlar sadalanıb: “2005-ci ildə USAİD təmsilçiləri təxribatçı fəaliyyətə görə, Eritreyadan da qovulublar. Son 5 il ərzində Efiopiya, Rusiya və Belarus öz ərazilərində USAİD nümayəndələrinin fəaliyyətini dayandırıblar.
ABŞ Baş Mühasibat İdarəsinin 2006-cı il üçün hazırladığı hesabatda Kubaya Yardım Proqramı çərçivəsində USAİD-ə ayrılan pulların xərclənməsi ilə bağlı problemlər aşkarlandığı qeyd olunur. Kubada “demokratiyanın inkişafı” üçün nəzərdə tutulan milyonlarla dollar vəsait mərkəzi qərargahı Mayamidə olan Kuba əksinqilabçı təşkilatlarının hesablarında peyda olub, həm də bu fakt heç bir mühasibat hesabatında öz əksini tapmayıb.
Jurnalist Jan-Qi Allard bildirir ki, USAİD-in fəaliyyətinə dair ən bariz hallar Uruqvayda müşahidə olunub. 70-ci illərin sonlarında bu ölkədə USAİD vəsiqəsi daşıyan Den Antoni Mitrione adlı amerikalı təlimatçı peyda olub. Onun vəzifəsi yerli polis əməkdaşlarına müxtəlif işgəncə üsulları ilə bağlı təlim keçmək idi. Bütün bu fəaliyyət Latın Amerikasında solçu hərəkatın məhvinə yönəldilmiş gizli proqram çərçivəsində gerçəkləşdirilib”.
Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi rəsmi olaraq 1961-ci ildə dünya miqyasında humanitar yardım göstərən təşkilat kimi yaradılıb. 2009-cu ildə USAİD formal olaraq Dövlət Departamenti və Pentaqonla birlikdə ABŞ Agentliklərarası Antiqiyam Təşəbbüsünün tərkibinə daxil edilib. 2007-ci ildə dərc olunan “ABŞ hökumətinin antiqiyam tədbirləri. Daimi iş” adlı sənəddə anti-qiyam əməliyyatlarının həyata keçirilməsində USAİD-in əsas rollardan birini oynadığı qeyd edilir.
“USAİD öz səyləri ilə ABŞ hökumətinin həyata keçirdiyi anti-qiyam əməliyyatlarına yardım göstərə bilər. USAİD-in dünyanın 100-dən çox inkişaf etməkdə olan ölkəsində səyyar nümayəndəliyi var, bu qurum özəl təşkilatlar, icma qrupları, yaradıcılıq ittifaqları, sərbəst peşə assosiasiyaları, dini təşkilatlar və digər hökumət qurumları ilə sıx əlaqədə fəaliyyət göstərir. USAİD saziş və müqavilələr vasitəsilə ABŞ 300-dək özəl təşkilatı və 3,500-dən artıq müəssisə ilə əlaqələrə malikdir”.
Antiqiyam əməliyyatı – üsyançılara və qiyamçılara qarşı həyata keçirilən hərbi xarakterli tədbirlərdir. 50-ci illərdən başlayaraq solçu hərəkatlar Vaşinqton tərəfindən “qiyamçı” kimi qəbul olunur. Antiqiyam taktikasına diversiya fəaliyyətini həyata keçirilməsi üçün silahlı münaqişə törətmək, psixoloji əməliyyatlar və düşməni neytrallaşdırmaq üçün iqtisadi sabotaj daxildir.
“Əgər əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi USAİD-dən pərdələnmək məqsədilə istifadə edir, agentliyin əməkdaşları isə heç bir şübhə doğurmurdusa, bu gün USAİD-in anti-qiyamçı tədbirlərə cəlb olunması tam şəffaf prosesdir. Bu tədbirlər Vaşinqtonun düşmən hesab etdiyi dövlət və hərəkatlara qarşı yönəlib. Statusun yeniləşməsi qurumun humanitar yardım göstərmək kimi ilkin funksiyasını dəyişdirərək USAİD-i rəsmi olaraq hərbi quruma çevirmiş olur”-deyə, yazıda bildirilib.
Amerika
Yaponiya və Venesuelada güclü zəlzələ olub, Venesuelada fövqəladə vəziyyət elan edilib
Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir
Tramp: Minabdakı məktəbə hücumu ABŞ həyata keçirməyib
İranın uran ehtiyatlarının müsadirə edilməsi üçün ABŞ-ın 672 milyon dollara ehtiyacı var
Xəbər Lenti
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salınıb
Yaponiya və Venesuelada güclü zəlzələ olub, Venesuelada fövqəladə vəziyyət elan edilib
Livan İsrail və ABŞ ilə ölkənin cənubundakı "pilot zonaların" sərhədlərini müzakirə edir
DÇ-2026: Braziliya və Mərakeş qrupun son oyunlarında qələbə qazanıblar
Vens: ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir
Tramp: Minabdakı məktəbə hücumu ABŞ həyata keçirməyib
İranın uran ehtiyatlarının müsadirə edilməsi üçün ABŞ-ın 672 milyon dollara ehtiyacı var
Tramp: İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etməsi ABŞ ilə razılaşmanın qarşısını alardı
DÇ-2026: Bosniya və İsveçrə qrupu qələbə ilə başa vurub
Tramp: ABŞ-ın NATO-dakı avropalı müttəfiqlərinin sədaqətinə ehtiyacı var
Bu gün Aşuradır
Lent.az-ın 18 yaşı tamam olur
AB sabah Ukrayna üçün ayrılan 90 milyard avroluq kreditin ilk 3,2 milyard avrosunu verəcək
Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
Səbinə Salmanova: Qalibafın Bakıda verdiyi mesajlar Azərbaycan-İran münasibətlərinin real mahiyyətini ortaya qoydu
Rubio İranı BAEA müfəttişlərinin İrana girişinə mümkün qədər tez icazə verməyə çağırıb
Deputat: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsində aparıcı rol oynayır
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
ABŞ və İran heyətləri arasında məsləhətləşmələr iyunun 30-da davam edəcək
Qalibafın mesajları Azərbaycana qarşı təxribatçı dairələrə verilən ən tutarlı cavabdır - RƏY
İyunun 7-də keçirilmiş qəbul imtahanının nəticəsi elan olunub, 16 nəfərin nəticələri ləğv edilib
Zelenski: Belarusda Rusiya dronları üçün istifadə edilən retranslyatorlar Lukaşenkoya ünvanlanan ultimatumdan sonra fəaliyyətini dayandırıb
ABŞ yeddi şəxsi və iki gəmini Rusiya ilə bağlı sanksiyalar siyahısından çıxarıb
AMB əhaliyə müraciət edib: Bank hesablarından vəsaitlərin təkrar silinməsi kibermüdaxilə deyil, texniki nasazlıq aradan qaldırılıb
DÇ-2026: Son tura start verilir
Əraqçi Səudiyyə Ərəbistanı XİN rəhbəri ilə ABŞ-la danışıqları müzakirə edib
Kürdəmirdə "Kamaz" aşıb, xəsarət alan var
Qalibaf: Son bir ildə Azərbaycan-İran əlaqələrində daha böyük inkişaf müşahidə olunur
Milli Məclisin sədri Qalibafla görüşüb, regiondakı proseslər müzakirə olunub
Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb
Sertifikasiya üzrə test imtahanının beşinci günündə 6500-ə yaxın müəllim iştirak edib
BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb
İraq Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb
"Chevrolet Cobalt" Şuşa şəhərciyində xuliqanlıq zəminində tərk edilib, sahibi müəyyən olunub
ÜST: Ebola epidemiyası ilə mübarizə səyləri xəstəliyin yayılma sürətindən geri qalır
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb - YENİLƏNİB
“Neftçi” qvadelupalı müdafiəçi Endryu Qravilyonu transfer edib
Krasnodarda helikopter qəzaya uğrayıb
İranlı deputat Körfəz ölkələrini ittiham edib, Yəmən rəsmisi isə ölkəsindəki humanitar böhrana görə Tehranı günahlandırıb
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
CENTCOM: Suriyada İŞİD-in yüksək vəzifəli lideri öldürülüb
Rəsmi Bakı Fransa XİN-in cavablarını pisləyib: Paris köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir
İyun ayının sosial ödənişləri yekunlaşdırılıb
Belarusda Ukrayna ilə gərginlik fonunda səfərbərlik təlimləri keçirilir
Qalibaf: Tehran müharibə dövründə dostunu və düşmənini tanıyıb, Azərbaycan İranın yanında olub
ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir
Prezident İlham Əliyev: Azərbaycan dövləti İranın yanında olub, arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın