Bank Of Baku

Vaşinqtonda ABŞ-ın Xəzər siyasəti barədə forum keçirilib

Vaşinqtonda ABŞ-ın Xəzər siyasəti barədə forum keçirilib
# 13 mart 2010 00:51 (UTC +04:00)
Bakı-APA. Vaşinqtonda yerləşən Cons Hopkins Universitetinin Orta Asiya və Qafqazlar üzrə Araşdırmalar institutunda dünən ABŞ-ın yeni administrasiyasının Xəzər regionunda siyasəti barədə forum təşkil edilib. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, forumda ABŞ-ın Avropa Birliyi üzrə keçmiş səfiri Boyden Qrey və Avrasya Araşdırmaları Mərkəzindən region üzrə ekspert Aleksandr Petterson çıxış ediblər.

Forumun aparıcısı, Orta Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri Frederik Starr çıxışında forumun məqsədinin ABŞ-da yeni hakimiyyətin region üzrə siyasətinin müzakirəsi və öyrənilməsi olduğunu qeyd etməklə Xəzər regionunun ABŞ-ın xarici siyasətindəki əhəmiyyətini vurğulayıb. Cənab Starr Sovet İttifaqının dağılmasından bəri ABŞ diplomatiyasının regiondakı yeganə nailiyyətinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri olduğu haqda fikrini irəli sürüb.

Forumun iştirakçılarından Alexandır Petterson çıxışında ABŞ-ın Xəzər siyasətinin müstəqil olmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Xəzər siyasəti, Avrasya siyasətinin bir hissəsi olmamalı, müstəqil olmalıdır. O, Dövlət Departamenti, Enerji Nazirliyi və Milli Təhlükəsizlik Şurası kimi ölkənin mühüm nazirlik və başqa qurumlarına Xəzər regionu barədə mütəxəssislərin təyin olunmasını təklif etdi. Cənab Petterson çıxışında dedi ki, belə vəzifələrə Rusiya üzrə və ya başqa sahələr üzrə mütəxəssislər təyin edilməməlidir və belə vəzifələr üçün Xəzər üzrə kifayət qədər müstəqil mütəxəssis mövcuddur. O, ABŞ-ın regionda fəal olmasının vacibliyini vurğulamaqla enerji layihələrində irəliləyiş üçün ABŞ-ın Türkmənistanla-Azərbaycan arasında Xəzərdəki bəzi karbohidrogen yataqlarının hansı ölkəyə məxsus olması ilə bağlı mübahisələrin həllində vasitəçilik edə biləcəyini qeyd edib.

Cənab Petterson dedi ki, onun ABŞ-ın Xəzər Dənizi bölgəsi barədə fikirlərinin Rusiyanı narahat etdiyi irəli sürülür. O qeyd edib ki, ABŞ-ın Xəzər hövzəsi ilə əlaqədar siyasəti haqqında danışanda həmişə Rusiya faktoru və Rusiyanın narahatlığı önə çəkilir. Petterson deyib ki, Birləşmiş Ştatlar Xəzər regionunda nə qədər fəal olsa bu regionda o qədər hörmətlə qarşılanacaq ki, buna elə Rusiyanın özü də daxildir: “Mən deyərdim ki, ABŞ Xəzər regionunda nə qədər fəal olsa, Xəzər regionunda o qədər hörmətlə qarşılanacaq ki, buna Moskvada daxildir. Nə qədər az fəal olsa, nə qədər çox güzəştə getsə o qədər itirəcək”.

O Xəzəryanı ölkələr arasında Xəzərin statusu ilə əlaqədar razılıq əldə olunmadıqca enerji və başqa sahələrdə regionda iş getməyəcəyi barədəki fikirlərlə razılaşmır və deyir ki, Türkmənistan və Azərbaycanın Xəzərin dibindən boru kəməri çəkmək üçün Rusiya və ya İranın razılığına ehtiyacları yoxdur.

Cənab Petterson Xəzər regionun önəminin enerji ilə məhdudlaşmadığı bu regionun gələcək də mühüm bir tranzit mərkəzi olacağını xatırladıb və deyib ki, Azərbaycan və Türkmənistanla fəal diplomatiya nəticəsində əldə olunacaq razılıqla Əfqanıstandakı ABŞ, NATO və başqa beynəlxalq qüvvələrin ehtiyaclarının az qiymətə təmin olunması üçün qurudan bir dəhliz açıla bilər. O hazırda beynəlxalq qüvvələr üçün Əfqanıstana yüklərin göndərilməsində Azərbaycanın hava məkanından istifadə olunduğunu xatırladıb.

ABŞ-ın Xəzer region üzrə siyasəti barədə keçirilən Forumun digər iştirakçısı səfir Boyden Qrey də enerji layihələri barədə məlumat verərək regionun əhəmiyyətini vurğulayıb. O regionla əlaqədar siyasətlərin müəyyənləşdirilməsində və layihələrin həyata keçirilməsində Rusiya faktorunun həmişə öz təsirini göstərdiyini qeyd etməklə ABŞ-da yeni administrasiyanın hakimiyyətə gələndən sonra bu ölkə ilə əlaqələri yenidən tənzimləmə siyasətindən indiyə qədər bir nəticə əldə edilmədiyini irəli sürdü. O Avropa Birliyi daxilində də xüsusi ilə Almaniyanın Rusiyanın reaksiyasına səbəb olacaq siyasətlərə mümkün qədər ehtiyatla yanaşdığını buna görə də Nabukko barədə çox fəal rol oynamadığını qeyd edib. O Almaniyada Rusiya ilə münasibətlər barədə bir birinə zidd olan iki fikrin mövcudluğundan danışıb. Cənab Boyden “Gazpromu” bir inhisar adlandırdı və keçən əsrin əvvəllərində ABŞ-da Standard Oil şirkətinin hissələrə bölündüyü kimi Qazpromunda müxtəlif hissələrə bölünməsi ideyasını irəli sürdü və bunun Qapromun da xeyrinə olduğunu qeyd edib. O ABŞ-da Standard Oil şirkətinin hissələrə bölünməsindən bir müddət sonra şirkətin var-dövlətinin dörd dəfə artdığını xatırladıb.

Səfir Boyden Qrey Qonqresin nümayəndələr palatasının xarici əlaqələr komitəsində iddia olunan erməni soyqırımı barədə bu yaxınlarda qanun layihəsinin təstiq olunmasına münasibət bildirərkən tanınmış alim Zbigniev Brjezinskinin dediklərinə istinadla Birləşmiş Ştatların xarici siyasəti ilə ölkədəki daxili etnik siyasət arasındakı mürəkkəb əlaqə barədə fikirlərini söyləmiş bu məsələ haqqında mütəxəssis və çox məlumatlı olmadığını bildirməklə yanaşı, nələrin baş verdiyi haqqında ABŞ-da qərar qəbul olunmasının ABŞ-ın maraqlarına xidmət etmədiyini vurğulayıb. O, ABŞ-da daxili və xarici siyasət arasındakı əlaqə nəticəsində burada qaldırılan bir məsələnin dünyanın başqa hissələrinə təsiri və bunun səbəb olduğu reaksiya barədə danışıb: “Mən bu sahədə ekspert deyiləm və təkcə Brjezinski doktrinini təkrar edəcəyəm və o da bundan ibarətdir ki, Birləşmiş Ştatların xarici siyasətinin tamamı daxili etnik siyasətdən ibarətdir”.

Səfir Boydenin sözlərinə görə, ABŞ siyasətinin bu xüsusiyyəti nəzərə alınmalı və onunla hesablaşılmalıdır. Bu isə olduqca çətindir. Belə bir məsələ bizim ölkəmizdə qaldırılanda dünyanın başqa hissələrinə də təsir göstərir və insanlar üçün sürpriz olur. Səfir Boden deyir ki, mən bu sahədə çox da məlumatlı olmamaqla bir yerdə bunu deyə bilərəm ki, bəzi cəhətlərdən nələrin baş verdiyinə ABŞ-ın qərar verməsi ABŞ-ın maraqlarına xidmət etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR