Bank Of Baku

Nyu-York restoranlarında duzdan istifadə qadağan oluna bilər

Nyu-York restoranlarında duzdan istifadə qadağan oluna bilər
# 13 mart 2010 08:46 (UTC +04:00)
Bakı – APA. Nyu-York şəhər bələdiyyəsi restoranlarda duzdan istifadə olunmasını qadağan etməyə hazırlaşır.

APA-nın “Daily Mail” qəzetinə istinadən məlumatına görə, bələdiyyə üzvü Feliks Ortiz restoranlarda duzdan istifadə edən aşpazlara pul cəzası kəsilməsini nəzərdə tutan qanun layihəsini bələdiyyə Məclisinə təqdim edib.

F.Ortizin fikrincə, araşdırmalar göstərir ki, duzdan istifadənin azaldılması damar xəstəlikləri, iflic və infarkt riskini ən azı siqareti tərgitmək qədər azaldır. Qanun layihəsinə görə, yeməklərdə duzun istifadəsi qadağan olunsa da, masalarda duz qabı qoyula bilər.

Qeyd edək ki, artıq layihə restoran sahiblərinin və əhalinin bəzi təbəqələrinin etirazı ilə qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR