Bank Of Baku

Çilidə 6,7 bal gücündə zəlzələ baş verib

Çilidə 6,7 bal gücündə zəlzələ baş verib
# 16 mart 2010 07:25 (UTC +04:00)
Çili-APA. Çili sahillərində güclü zəlzələ olub. APA-nın məlumatına görə, episentrdə yeraltı təkanların gücü Rixter şkalası üzrə 6,7 bal təşkil edib. Zəlzələnin episentri Konsepsion şəhərindən 86 kilometr uzaqlıqda, yer qatının 35 kilometr dərinliyinə düşüb. ABŞ Geoloji Xidməti sunami ehtimalının az olduğunu bildirir. Bununla belə seysmoloqlar sahilyanı bölgələrin hakimiyyət qurumlarına təhlükəsizlik tədbirləri görməyi tövsiyə ediblər. Xatırladaq ki, fevralın 27-də Konsepsion yaxınlığında baş verən 8,8 bal gücündə zəlzələ nəticəsində çoxlu sayda dağıntı baş vermişdi. Hazırda bölgədə 5 - 7,2 baş gücündə təkrar təkanlar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR