Bank Of Baku

ABŞ generalı: İran regionda sabitliyə başlıca təhlükə olaraq qalır

ABŞ generalı: İran regionda sabitliyə başlıca təhlükə olaraq qalır
# 17 mart 2010 00:54 (UTC +04:00)
Bakı-APA. ABŞ hərbi qüvvələrinin Yaxın Şərq və Mərkəzi Asiya regionları üzrə komandanı general Devid Petreus deyib ki, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyərək nüvə proqramını davam etdirməsi bölgədə sabitliyə əsas təhlükə olaraq qalır.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, general Petreus Senatda dinləmələr zamanı bildirib ki, əgər İran nüvə silahı istehsal etmək qabiliyyətinə malik olsa, bu, regionda qeyri-sabitlik və silah yarışına gətirib çıxaracaq. Onun sözlərinə görə, İran İraq, Livan, Qəzza zolağı və az səviyyədə Əfqanıstanda ekstremist elementlərə silah və yardım verməyə, habelə onları idarə etməyə davam edir. O, İranın bu ölkələrin daxili siyasətinə müdaxilə etməyə davam etdiyini bildirib.

Əfqanıstana gəldikdə, ABŞ generalı Taliban əleyhinə mübarizədə inkişafın olacağını söyləyib, lakin bildirib ki, qarşıda ağır döyüşlər və ara-sıra geriləmələr olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR