Bank Of Baku

Nevada səmasında 2 qırıcı toqquşub

Nevada səmasında 2 qırıcı toqquşub
# 17 mart 2010 02:29 (UTC +04:00)
Bakı-APA. ABŞ HDQ-nin iki qırıcısı təlim uçuşu zamanı Nevada səhrası üzərində toqquşublar.

APA-nın məlumatına görə, pilotlardan biri öz F/A-18E Super Hornet təyyarəsini ABŞ HDQ-nin Fallon aviabazasına çatdıra bilib.

İkinci qırıcının pilotu təyyarədən katapultla tullanıb. Onun təyyarəsi aviabaza yaxınlığında düşüb. Hər iki pilot sağ-salamatdırlar.

Toqquşmanın səbəbləri aydınlaşdırılır. Hər iki qırıcı Hərbi-dəniz qüvvələrinin Kaliforniya ştatındakı Lenur aviabazasına məxsusdurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR