Bank Of Baku

Konqresmen Ed Vitfild: «Erməni qətnaməsinin qəbul edilməsi pis nəticələrə gətirib çıxaracaq»

Konqresmen Ed Vitfild: «Erməni qətnaməsinin qəbul edilməsi pis nəticələrə gətirib çıxaracaq»
# 04 aprel 2010 05:05 (UTC +04:00)
Bakı-APA. Nümayəndələr Palatasında türk qrupunun həmsədri, Kentukki ştatından olan konqresmen Ed Vitfild Amerika siyasətçilərini qərar qəbul edərkən lobbilərin deyil, ölkələrinin maraqlarını nəzərə almağa çağırıb. APA-nın məlumatına görə, o misal kimi ABŞ-dakı türklərin ermənilərdən daha zəif lobbiləşmələrini göstərib.

«ABŞ-dakı türklər indiyədək yaxşı təşkilatlanmayıblar. Lakin bu vəziyyət dəyişir. Onlar artıq siyasi xadimlərin qapılarını döyür və onlara özləri barədə məlumat verirlər. Birləşmiş Ştatlarda yalnız bir neçə siyasi xadim xarici siyasətin qayğısını çəkir. Onların çoxunu isə yalnız seçicilər və donorlar maraqlandırır», deyə Vitfild bildirib.

«Erməni soyqırımı»na dair qətnaməyə toxunan konqresmen bu sənədin Konqresdə təsdiq olunmasının «pis nəticələrə» gətirib çıxaracağını bəyan edib. «Biz İstanbulda tələbələr, biznesmenlər və digər insanlarla görüşdük. Türklər bu məsələdə çox həssasdırlar», deyə o əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR