Bank Of Baku

Maykl Ceksonun həkimi müğənninin intihar etdiyini bildirib

Maykl Ceksonun həkimi müğənninin intihar etdiyini bildirib
# 05 aprel 2010 07:27 (UTC +04:00)
Vaşinqton-APA. Maykl Ceksonu qətlə yetirməkdə ittiham olunan onun şəxsi həkimi bəyan edib ki, müğənni özü ölümcül dozada dərman qəbul edərək intihar edib. APA-nın məlumatına görə, həkimin vəkilləri bildiriblər ki, Konrad Mürrey Ceksonun öldüyü gün ona kiçik dozada propofol preparatı verib. Bir müddət sonra Mürrey aktyorun otağında çıxaraq vanna otağına keçib, bu müddət ərzində isə aktyor 20 millilitrlik şüşədəki bütün dərmanı başına çəkib. Həkim hesab edir ki, yuxusuzluqdan əziyyət çəkən aktyor bununla yata biləcəyini güman edib. Yüksək dozada dərman qəbul etməsi səbəbilə Maykl Ceksonun ürəyi dayanıb. Konrad Mürrey müğənninin uzun müddətdir propofol dərmanı qəbul etdiyini bildirib. Cinayət işinin materialları arasında müğənninin yataq otağından çəkilmiş fotolar da var. Bu fotoların birində Maykl Ceksonun yatağı yaxınlığında boş propofol şüşəsi görünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR