Bank Of Baku

Venesuela Rusiyadan 5 milyard dollarlıq silah və hərbi texnika alacaq

Venesuela Rusiyadan 5 milyard dollarlıq silah və hərbi texnika alacaq
# 05 aprel 2010 16:57 (UTC +04:00)
Karakas-APA. Venesuela Rusiyaya ümumi dəyəri 5 milyard olan müxtəlif hərbi sifarişlər verə bilər. APA-nın məlumatına görə, Rusiyanın baş naziri Vladimir Putin bildirib ki, Venesuelanın sifarişlərini Rusiya hərbi-sənaye kompleksinə daxil olan 13 müəssisə həyata keçirəcək. O Rusiyanın gələcəkdə də bu ölkəyə silah satacağını və Venesuelanın müdafiə qabiliyyətinin gücləndirmək strategiyasını həyata keçirəcəyini bildirib: “Bildiyiniz kimi, Rusiya Venesuelaya dünyada ən effektli hərbi aviasiya kompleksləri, ağır “SU-30” qırıcıları və digər hərbi texnikanı dünya bazarından aşağı qiymətə satıb”. Xatırladaq ki, Rusiya Venesuela ilə 2005-ci ildə imzaladığı müqavilə çərçivəsində bu ölkəyə 38 hərbi vertolyot satıb. 2005-ci ildən başlayaraq Venesuela Rusiyadan vertolyotlardan başqa ümumi dəyəri 4 milyard dollar olan qırıcı təyyarələr və “Kalaşnikov” avtomatları alıb. Bu ölkə həmçinin Rusiyadan “T-72” tankları və “Smerç” reaktiv sistemləri almaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR