Bank Of Baku

ABŞ-da mədən qəzasında ölənlərin sayı 25-ə çatıb

ABŞ-da mədən qəzasında ölənlərin sayı 25-ə çatıb
# 06 aprel 2010 11:05 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ-da kömür mədənində baş verən partlayış nəticəsində 25 nəfər ölüb, 4 şaxtaçı isə itkin düşüb. APA-nın məlumatına görə, Massey Energy şirkətinə məxsus şaxtada təbii fəlakətin qurbanları ilə bağlı son rəqəmlər belədir. Bu, Amerika ştatlarında son 25 ildə baş verən ən irimiqyaslı qəza hesab olunur. Xilasedicilər itkin düşmüş dörd nəfərin sağ qalması ehtimalının sıfıra endiyini bildiriblər. Bununla belə xilasetmə əməliyyatı davam edəcək. Xatırladaq ki, buna qədər ABŞ tarixində ən irimiqyaslı mədən qəzası 1984-cü ildə Yuta ştatında baş verib. Həmin qəzada 27 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR