Bank Of Baku

Meksikada Pasxa bayramı ilə bağlı tətillər ərzində 100-dən çox insan öldürülüb

Meksikada Pasxa bayramı ilə bağlı tətillər ərzində 100-dən çox insan öldürülüb
# 07 aprel 2010 04:28 (UTC +04:00)
Ən çox insan tələfatı Tamaulipas ştatında qeydə alınıb, burada ölənlərin sayı 49 nəfərdir. Burada bir-biri ilə mübarizə aparan iki narko-kartel El Qolfo və Los Setas qruplaşmaları fəaliyyət göstərir.

Qeyd edək ki, son vaxtlar ölkədə hökumətin narko-kartelləri aradan qaldırmaq səylərinə cavab olaraq zorakılıq dalğası güclənib.

2006-cı ildə Kalderon hakimiyyətə gəldikdən sonra ölkədə mütəşəkkil cinayətkarlığa və narkomafiyaya müharibə elan edib. Bunun üçün o ordu hissələrini mübarizəyə cəlb etməyə məcbur olub. Belə ki, polis əməkdaşları arasında korrupsiya halları baş alıb gedir.

Ölkənin ABŞ-la həmsərhəd bölgələrinə 50 min nəfər hərbçi göndərilib. Lakin bütün bu tədbirlərə baxmayaraq vəziyyət yaxşıya doğru dəyişməyib.

Qeyd edək Ki, Kalderonun hakimiyyətdə olduğu illər ərzində ölkədə narkomafiyanın əlindən 19 min insan həlak olub.

Müstəqil ekspertlərin qiymətləndirmələrinə görə, Meksika narko-kartellərinin narkotik vasitələrin kokainin əsas istehlakçısı sayılan ABŞ-a qaçaqmalçılığından əldə etdiyi gəlirin həcmi on milyardlarla dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR