Bank Of Baku

Braziliyada baş verən daşqınlar 95 nəfərin həyatına son qoyub

Braziliyada baş verən daşqınlar 95 nəfərin həyatına son qoyub
# 07 aprel 2010 11:43 (UTC +04:00)
Bakı-APA. Braziliyanın Rio-de-Janeyro ştatında yağan leysan yağışların əmələ gətirdiyi daşqınlar 95 nəfərin ölümünə səbəb olub. APA-nın məlumatına görə, ölənlərin sayının 100-ü keçəcəyi ehtimal olunur. Ötən bir gün ərzində Rio-de-Janeyroya orta illik normanın 1/5 hissəsi qədər yağıntı düşüb. Şəhər mərkəzində 33 nəfər, ətraf bölgələrdə isə 62 nəfər təbii fəlakətin qurbanı olub. Hazırda fəlakət bölgəsində xilasetmə əməliyyatları aparılır. Şəhər meri qışa hazırlığın sıfır səviyyəsində olduğunu bildirib və baş verənləri xaos adlandırıb. O sakinləri küçələrə çıxmamağa çağırıb, hakimiyyət orqanları isə torpaq sürüşməsi təhlükəsi olduğunu nəzərə alaraq sakinləri evlərini tərk etməyə çağırıb. Xatırladaq ki, ötən il Rio-de-Janeyroda baş verən leysan yağışlarının doğurduğu təbii fəlakət 64 nəfərin ölümünə səbəb olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR