Bank Of Baku

ABŞ-da şaxtada baş verən qəza son 40 ilin ən faciəli hadisəsi olub

ABŞ-da şaxtada baş verən qəza son 40 ilin ən faciəli hadisəsi olub
# 10 aprel 2010 09:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. ABŞ-ın Qərbi Virciniya ştatındakı şaxtada baş vermiş metan qazının partlaması nəticəsində itkin düşmüş hesab olunan daha 4 şaxtaçının cəsədi tapılıb. APA-nın məlumatına görə, bununla da qəza nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Qeyd edək ki, «Massey Energy» şirkətinə məxsus Çarlston şəhərindən 50 km cənubunda yerləşən şaxtada qəza aprelin 5-də baş verib. Bu hadisə insan itkisinə görə üzrə son 40 ilin ən faciəli olayı sayılır. Bu miqyasda qəza sonuncu dəfə 1970-ci ildə Konnektikutda baş verib və həmin qəza nəticəsində 38 nəfər həlak olub.

Hadisənin səbəbləri hələ də məlum deyil, lakin vurğulanır ki, şaxta rəhbərliyi təhlükəsizlik tələblərinə riayət etmədiyinə görə bir neçə dəfə məsuliyyətə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR