Bank Of Baku

Barak Obama Vaşinqtonda xarici ölkə liderləri ilə bir sıra görüşlər keçirəcək

Barak Obama Vaşinqtonda xarici ölkə liderləri ilə bir sıra görüşlər keçirəcək
# 11 aprel 2010 05:03 (UTC +04:00)
Bakı-APA. Bu gün ABŞ Prezidenti Barak Obama nüvə təhlükəsizliyi üzrə beynəlxalq sammitdə iştirak etmək üçün Vaşinqtona gəlmiş xarici ölkə liderləri ilə bir sıra görüşlər keçirəcək. Bu barədə APA “Exo Moskvı” radiostansiyasına istinadən xəbər verir.

Ağ Evin daha əvvəl elan etdiyi kimi, bazar günü Barak Obamanın Hindistanın və Pakistanın XİN rəhbərləri, Qazaxıstan və Cənubi Afrika Respublikasının prezidentləri ilə görüşü nəzərdə tutulub.

Bazar ertəsi Obamanın ikitərəfli görüşləri davam edəcək. Belə ki, ABŞ prezidenti Ukrayna prezidenti Viktor Yanukoviç və Çinin lideri Xu Tszintao ilə ikitərəfli görüşü planlaşdırılır.

Aprelin 12-13-də keçiriləcək sammitdə ümumilikdə 47 dövlətin nümayəndəsi iştirak edəcək. Müşavirədə həmçinin BMT, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Avropa İttifaqı təmsil olunacaq.

Rusiya prezidenti Dmitri Medvedev də daxil olmaqla bəzi liderlərlə Obama bir müddət əvvəl görüşdüyü üçün Vaşinqtonda təkrar görüş nəzərdə tutulmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR