Bank Of Baku

Braziliya Fələstin dövlətini 1967-ci il sərhədlərində tanıyıb

Braziliya Fələstin dövlətini 1967-ci il sərhədlərində tanıyıb
# 04 dekabr 2010 02:50 (UTC +04:00)
Bakı-APA. Braziliya prezidenti Luis İnasiu Lula da Silva Fələstin Milli Muxtariyyətinin sədri Mahmud Abbasa göndərdiyi məktubda Fələstin dövlətini 1967-ci il müharibəsindən əvvəlki sərhədlərdə tanıdığını bəyan edib.

«Braziliyanın Fələstini dəstəkləmə məsələsindəki prinsiplərinə uyğun olaraq ölkəmiz Fələstin dövlətini 1967-ci il sərhədlərində tanıyır», deyə da Silvanın məktubunda bildirilir.

Xatırladaq ki, 1967-ci il sərhədlərinə görə Şərqi Qüds Fələstin dövlətinə keçməlidir. Lakin İsrail Qüdsü özünün «əbədi və bölünməz» paytaxtı elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR