Bank Of Baku

Hillari Klinton: ABŞ İrandan konstruktiv danışıqlar gözləyir

Hillari Klinton: ABŞ İrandan konstruktiv danışıqlar gözləyir
# 04 dekabr 2010 03:56 (UTC +04:00)
Bakı-APA. ABŞ administrasiyası Tehranın İranın nüvə probleminə dair danışıqlarda konstruktiv mövqe tutacağına ümid edir. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bəyan edib.

Klinton qeyd edib ki, bütün dünya ictimaiyyəti və Tehranın özü üçün bu danışıqlar böyük əhəmiyyət daşıyırlar.

«Biz ümid edirik ki, İran tərəfi Cenevrəyə səmimi məqsədlərlə və nüvə proqramına dair konstruktiv dialoqa girməyə hazır şəkildə gələcək», deyə o bildirib.

Dövlət katibinin sözlərinə görə, İran düzgün seçim edərək üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.

«Heç kim İranın nüvə energetikasını inkişaf etdirmək hüququnu sual altına qoymur. Obama administrasiyası İranın nüvə proqramı probleminin dialoq yolu ilə həllinə tərəfdardır», deyə Klinton əlavə edib.

Dekabrın 6-da İsveçrənin Cenevrə şəhərində İran və «altılıq» ölkələri (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya, Almaniya) nümayəndələrinin Tehranın nüvə proqramına dair görüşü keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR