Bank Of Baku

BMT TŞ Haitidəki zorakılıqla bağlı narahatlığını ifadə edib

BMT TŞ Haitidəki zorakılıqla bağlı narahatlığını ifadə edib
# 10 dekabr 2010 22:26 (UTC +04:00)
Bakı-APA. BMT Təhlükəsizlik Şurası Haitinin bütün siyasi qüvvələrini zorakılıq və təxribatlardan çəkinməyə çağırıb və prezident seçkilərinin birinci turunun nəticələri elan olunduqdan sonra genişmiqyaslı iğtişaşlarla bağlı narahatlığını ifadə edib. Bu barədə BMT TŞ-nın yaydığı bəyanatda deyilir.

Haitinin iri şəhərlərində iğtişaşlar hələ dekabrın 7-də başlanıb. Nümayişçilər noyabrın 28-də keçirilmiş prezident seçkilərinin saxtalaşdırıldığını iddia edərək, hakimiyyətdən onun nəticələrini ləğv etməyi tələb ediblər. 19 prezidentliyə namizəddən 12-si nümayişçilərin tərəfinə keçib.

Nümayişlər zamanı ən azı 4 nəfər həlak olub, çoxlu sayda insanlar odlu silahdan yaralanıblar. Nümayişçilər iqtidar partiyasının namizədinin qərargahını yandırıblar. Hökumət ölkədəki bütün hava limanlarını bağlayıb.

Dekabrın 9-da ölkənin seçki komissiyası ilk turda namizədlərə verilmiş səsləri yenidən sayacağını bildirib. Daha öncə elan olunmuş nəticələrə görə, birinci turda 1,37% səs toplamış keçmiş prezidentin 70 yaşlı xanımı Mirland Maniqa liderlik edir. İkinci yerdə hazırkı prezident Rene Prevalın və iqtidar partiyasının namizədi 48 yaşlı Jüd Selestin qərarlaşıb (22,48% səs).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR