Bank Of Baku

Ağ Ev: ABŞ İrana təzyiqi artıracaq

Ağ Ev: ABŞ İrana təzyiqi artıracaq
# 11 dekabr 2010 01:36 (UTC +04:00)
Bakı-APA. ABŞ və onun müttəfiqləri nüvə proqramı ilə bağlı İrana təzyiqi artırmaq niyyətindədirlər. Bu barədə Ağ Evin kütləvi qırğın silahları sahəsində siyasətinin əlaqələndiricisi Harri Samor bildirib.

O Tehranın «5+1» formatında danışıqlara başlamaqda sanksiyaları zəiflətmək və əlavə cəzalardan qaçmaq istədiyini istisna etməyib. Samorun sözlərinə görə, «İranın belə yanaşması effekt verməyəcək».

«Biz təzyiqin saxlanılmasına və hətta artırılmasına hazırlaşırıq. Biz Tehrana başa salmaq istəyirik ki, nə qədər ki, o ciddi danışıqlardan qaçır və bizim narahatlığımız qalır sanksiyalar yalnız güclənə bilər», deyə Samor bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR